Türk ordusunun Əl Babı İŞİD-dən azad etməsi PKK/PYD və Əsəd rejimini hürkütdü : Rəsmi Ankaranı təhdid etdilər
17-02-2017, 01:23
Türkiyənin Əl Babı İŞİD-dən azad etməsindən sonra, türk ordusunun Raqqaya da hücum edəcəyindən qorxan PKK-nın Suriya qolu PYD rəsmi Ankaranı təhdid edib. Avropa.info xəbər verir ki, PYD-nin liderlərindən olan İlham Əhməd, Türkiyənin Rakkaya hücum edəcəyi halda türk ordusu ilə vuruşacaqlarını deyib. Vaşinqtonda yeni ABŞ rəhbərliyi ilə bir sıra görüşlər keçirdiyini deyən Əhməd Birləşmiş Ştatların terror təşkilatına hərbi yardım edəcəyini bildirib. “Türkiyənin Raqqaya girməsinə izn verməyəcəyik. Təşəbbüs etsələr döyüşəcəyik. ABŞ bizə hərbi yardım edəcək. Biz yalnız Suriyanın şimalı haqqında fikirləşmirik. Geniş Suriya layihəmiz var” deyə terrorçu bildirib. Bu arada Əsəd rejiminin Birləşmiş Millətlər Təşkilatında daimi nümayəndəsi Bəşər Cəfəri Türkiyə ordusunun Suriyadan çıxmasını tələb edib. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əl Babdan sonra türk ordusunun Mənbic və Raqqada əməliyyat keçirəcəyini bildirmişdi.