İŞİD-in səs qeydi üzə çıxdı - Terror təlimatı

17-02-2017, 09:48           

İŞİD-in Yeni il gecəsi İstanbulda “Reina” gecə klubunda 39 nəfəri qətlə yetirən Əbdülqədir Maşaripova göndərdiyi səs qeydi üzə çıxıb.

Axar.az xəbər verir ki, səs qeydi Maşaripova “Reina” teraktından 5 gün əvvəl verilib. İŞİD-in vəhşiliyini gözlər önünə sərən səs qeydində deyilir:

“Dəyərli qardaşımız Əbu Məhəmməd, səni qiyabi olaraq tanıyırıq, haqqında yaxşı şeylər eşitmişik. Allah daha da yaxşı edəcək. Sən Allah yolunda o itlərə, kafirlərə təhlükəsiz yerdə olmadıqlarını göstərmək üçün bu addımı atmalısan. Onlar İstanbulu özlərinin qalası olduğunu düşünürlər, orada təhlükəsizlikdə olduqlarını zənn edirlər. Allahın qullarından biri onlara qadınları, uşaqları bombalamağın, müsəlmanları öldürməyin baha başa gələcəyini göstərməlidir, elə deyilmi? Ul Əmr dəfələrlə deyib ki, Türkiyəni məhv edin, partladın, gecəsini gündüzə çevirin. Sənin orada törədəcəyin əməl bizim buradakı 10 əməlimizə bərabərdir”.

Qeyd edək ki, Yeni il gecəsi 39 nəfərin həlak olduğu “Reina” qətliamını törədən “Əbu Məhəmməd Əl Xorasani” kod adlı terrorçu – Əbdülqədir Maşaripov yanvarın 16-da İstanbulda yaxalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru