Azərbaycandan borc alıb, Ermənistana yardım edir – İrandan ikiüzlü siyasət

17-02-2017, 18:13           

İranın dövlət banklarından biri üçüncü İran-Ermənistan elektrik xəttinin tikintisi üçün 84 milyon dollar maliyyə vəsaiti ayırıb.

Bu haqda politoloq Elxan Şahinoğlu məlumat verib. Bildirib ki, bununla da İran işğalçı Ermənistanı dəstəklədiyini nümayiş etdirir: “İranın dövlət banklarından biri üçüncü İran-Ermənstan elektrik xəttinin tikintisi üçün 84 milyon dollar maliyyə vəsaiti ayırıb. Bu xəttin tikintisini iki ilə tamamlamaq planlaşdırılır. Ermənistanın pulu yoxdur, ona görə də maliyyələşdirmə missiyasını Tehran öz üzərinə götürürüb. Tamam, anladıq ki, İranın dövlət strurkturları Ermənistanın tamamən taqətdən düşməməsi üçün işğalçıya dəstək verirlər, İrəvanı ayaqda tutmağa çalışırlar. Bəs yaxşı, Tehranın Ermənistana kredit ayırması üçün pulu varsa, Rəşt-Astara dəmiryolunun tikintisi üçün niyə Azərbaycandan maliyyə alır? Azərbaycan Beynəlxalq Bankı Rəşt-Astara dəmir yolunun tikintisi üçün İrana 500 milyon dollar kredit ayırıb. Azərbaycan İrana kredit ayırır, İran isə Ermənistana kredit ayırır. Dolayısıyla belə çıxır ki, biz Ermənistanın işini asanlaşdırırıq.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.