Bolqarıstandan Türkiyəyə qarşı böyük xəta

25-03-2017, 22:02           

Bolqarıstan Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Əziz Babuşçunu arzuolunmaz şəxs elan edib.
Axar.az xəbər verir ki, Ədirnə Valiliyinin nümayəndəsi İbrahim Tarancını nəzarət altına alaraq ölkədən qovan Bolqarıstan hökuməti Əziz Babuşçunu “arzuolunmaz əcnəbilər” siyahısına daxil edərək, Bolqarıstana girişinə qadağa qoyub.
Bundan başqa, hökumət daha iki türkün bu siyahıya əlavə olunduğunu desə də, onların adlarını açıqlamayıb.
Qeyd edək ki, Bolqarıstan Türkiyəni ölkədə vaxtından əvvəl keçiriləcək parlament seçkilərinə müdaxilə etməkdə ittiham etdiyi üçün iki ölkə arasında gərginlik yaşanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.