Türkiyə Azərbaycan arasında siyasi məsləhətləşmələr olacaq

27-03-2017, 09:12           
Türkiyə Azərbaycan arasında siyasi məsləhətləşmələr olacaq
Bu gün Türkiyə ilə Azərbaycan rəsmiləri arasında siyasi məsləhətləşmələr olacaq.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin bəyanatında bildirilib ki, bu istiqamətdə keçiriləcək görüş Türkiyənin paytaxtı Ankarada baş tutacaq.

"Ölkəmiz ilə Azərbaycan arasında siyasi məsləhətləşmələr cənab müşavirimiz və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov arasında 2017-ci il martın 27-də Ankarada baş tutacaq. Məsləhətləşmələrdə ikitərəfli münasibətlərlə yanaşı regioal və beynəlxalq hadisələr də müzkirə ediləcək." - deyə Türkiyə XİN-in bəyanatında bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru