Qətər çevriliş günü Türkiyəyə hərbçi göndərib -ABŞ-ın intiqam planı?

6-06-2017, 09:35           
Qətər çevriliş günü Türkiyəyə hərbçi göndərib -ABŞ-ın intiqam planı?
Türkiyədə FETÖ şəbəkəsinin 2016-cı il 15 iyul uğursuz qiyam cəhdindən sonra Qətər hökuməti sui-qəsd ehtimalına qarşı prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi mühafizəsi üçün 150 xüsusi təyinatlı hərbçi göndərib.Axar.az xəbər verir ki, bu barədə “Midl İst Monitor” portalı məlumat yayıb.

Mühafizənin təşkili ilə bağlı tələbin birbaşa Ərdoğan tərəfindən verildiyi bildirilib:“Çevriliş cəhdindən 1 gün sonra Ərdoğan Qətər səfiri Səlim bin Mübarək Əl-Şəfiyə məktub ünvanlayaraq özünün qorunması üçün xüsusi təyinatlı qüvvələr istəyib. Bundan sonra Qətər hökuməti 150 nəfərlik qrupu toplayaraq xüsusi təyyarə ilə Türkiyəyə göndərib. Həmin xüsusi təyinatlı qüvvələr 19 iyulda səssiz-sədasız Türkiyədən ayrılıb”.

Mümkündür ki, ABŞ-ın təlimatı ilə hərəkət edən dövlətlər Qətərdən bunun “intiqamını” almaq üçün bu ölkə ilə diplomatik əlaqələri kəsiblər. Yaxın gələcəkdə ABŞ ordusunun “terrorçulara yardım göstərir” bəhanəsi ilə Qətəri işğal edəcəyini də istisna etmək olmaz. Bu ölkənin böyük neft gəlirlərini mənimsəmək və xaos yaratmazq üçün… Nə yazıq ki, ərəb dövlətləri yenə də bu oyunun “peşkasına” çevrilirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru