İranda hicabsız qadınlara səhiyyə xidməti göstərilmir?

31-07-2023, 11:25           
İranda hicabsız qadınlara səhiyyə xidməti göstərilmir?
İranlı hüquqşünas Əli Müctəhidzadə hicabsız qadınlara tibbi xidmət göstərilməməsi ilə bağlı təkliflərə reaksiya verib.

Editor.az xarici mediaya istinadən bildirir ki, İranın yerli xəbər saytının məlumatına görə, Müctəhidzadə Səhiyyə Nazirliyi və Tibb Elmləri Universiteti tərəfindən göndərilən məktuba münasibət bildirib.

O, hicabsız qadınlara səhiyyə xidmətinin göstərilməməsini “qanuni müharibə” kimi qiymətləndirib. Belə bir hadisənin idarəetmə sistemi üçün çox təhlükəli olduğunu və pis nəticələrə səbəb ola biləcəyini qeyd edib.

“Bu “qaydaya” əsasən kimsə ölərsə, məsuliyyət kimə aiddir? Deputatlar, yoxsa Səhiyyə Nazirliyinin başında duranlar? Görəsən, vətəndaşların başına bəla gətirən məsuliyyəti öz üzərinə götürməyə hazır olan varmı?”,-deyə o bildirib.

//Safura Bənnayeva, Editor.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru