Qadjetlər uşaqların təhsil nailiyyətlərini pisləşdirir

20-03-2025, 16:46           
Qadjetlər uşaqların təhsil nailiyyətlərini pisləşdirir
Müasir məktəblilər ekranlar qarşısında əvvəlki dövrlərə nisbətən daha çox vaxt keçirirlər, buna görə də, onların sosial bacarıqları pisləşir və test nəticələri tarixi minimuma yaxınlaşır.

Oxu.Az bu barədə "Bloomberg" informasiya agentliyinin qurucusu Maykl Blumberq öz köşəsində yazıb.

Onun məlumatına görə, yalnız 28% amerikalı səkkizinci sinif şagirdləri riyaziyyatı, 30% isə oxumanı mənimsəyib. On ikinci sinif şagirdlərinin nəticələri də təxminən eynidir: Riyaziyyatı 24%, oxumanı isə 37% mənimsəyiblər.

ABŞ-də məktəblərin təxminən 90%-i şagirdlərə noutbuk və ya planşet təqdim edir, lakin bu cihazlar akademik nailiyyətləri yaxşılaşdırmağa kömək etmir.

Bundan əlavə, Google kimi kompüter istehsalçıları təhsil müəssisələrinin texnika ilə təchiz edilməsindən yaxşı qazanc əldə edirlər.

Blumberqin sözlərinə görə, cihazlar uşaqlara müəllimin canlı qarşılıqlı əlaqə ilə ötürdüyünü verə bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru