Tarixdə ilk dəfə Ay üzərində gün batımının şəkilləri çəkildi

20-03-2025, 17:04           
Tarixdə ilk dəfə Ay üzərində gün batımının şəkilləri çəkildi
"Firefly Aerospace" və ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tarixdə ilk dəfə olaraq Ay üzərində gün batımının yüksəkkeyfiyyətli şəkillərini yayımlayıb.

Unikal kadrlar "Blue Ghost" aparatı tərəfindən çəkilib.

O keçən həftəsonu günəş enerjisinin çatışmazlığı səbəbi ilə söndürülməzdən əvvəl bu fotoları qeydə alıb.

Şəkillərdən birində uzaqda Venera da görünür.

Xatırladaq ki, "Blue Ghost" şaquli vəziyyətdə Aya uğurla enən və missiyasını tam həcmdə yerinə yetirən ilk şəxsi zondu olub. O Ay gecəsi başlayandan sonra daha beş saat şəkil çəkib və elmi məlumatlar toplayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru