İsmayıllıda Xocalı soyqırımı zamanı şəhid olanların əziz xatirəsi kütləvi ziyarətlə anılıb

26-02-2019, 20:30           
İsmayıllıda Xocalı soyqırımı zamanı şəhid olanların əziz xatirəsi kütləvi ziyarətlə anılıb
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş çoxsaylı anım tədbirləri, rəsm, inşa yazı müsabiqələri, xatirə idman turnirləri, Xocalıdan olan məcburi köçkün ailələrlə görüşlər keçirilib.
26 fevral 2019-cu il tarixdə saat 8-dən başlayaraq mərkəzi meydanda hüznlü musiqilər səsləndirilib. Saat 10-da Nizami Gəncəvi küçəsi ilə Mübariz Orucov küçələrinin qovuşuğunda ucaldılmış “Soyqırımı-Ana harayı” abidəsinə ziyarət başlayıb. Minlərlə İsmayıllı sakini Ananın harayına yetmək üçün öndə “Xocalı” sözünü aparan və ruhları əks etdirən gənclər olmaqla yürüş edib. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Ana harayı” abidəsinin önünə əklil qoyub. Ziyarətçilər şəhidlərin adı əks olunan xatirə lövhələrinin qarşısına tər qərənfillər düzüblər.
İsmayıllı Şəhər Mədəniyyət Mərkəzində Xocalı faciəsini-soyqırımını əks etdirən sərgiyə və ədəbi-bədii kompozisiyaya baxılıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru