Bosfor boğazında yoxa çıxan rusiyalı üzgüçünün ailəsi yarış təşkilatçısını məhkəməyə verəcək
Bu gün, 17:08
Türkiyədə "Bosfor-2025" kütləvi qitələrarası üzgüçülük yarışı zamanı suda yoxa çıxan rusiyalı üzgüçü Nikolay Sveçnikovun ailəsi yarışın təşkilatçılarını məhkəməyə verməyi planlaşdırır.
Bu barədə "Türkiye" qəzeti xəbər verir.
Sveçnikovun ailəsi təşkilatçıların məsuliyyətini şübhə altına alaraq qanuni addımlar atmağı planlaşdırır.
Bildirilir ki, yarış Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən bu il sayca 37-ci dəfə təşkil edilib.
Avqustun 24-də keçirilmiş yarış zamanı yoxa çıxan Sveçnikovun axtarışları bu günə kimi müsbət nəticə verməyib.