Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

Bu gün, 17:14           
Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?
Təhsil sistemində daim müzakirə olunan məsələlərdən biri də müəllimlərin məktəb vəsaitləri olduğu halda, abituriyentlərə hazırlıq keçən zaman kurs vəsaitlərinə müraciət etmələri olur. Bu yanaşma sual doğurur: əgər dövlətin təsdiq etdiyi dərsliklər mövcuddursa, niyə müəllimlər əlavə vəsaitlərə üz tuturlar?

Təhsil üzrə ekspert Elmin Nurizadə Valyuta.az-a bildirib ki, bu, müəllimlərlə kursların sövdələşməsi əsasında yaranan prosesdir: “Bəzi kurslar müəllimlərlə razılaşaraq, öz kitablarını şagirdlərə satdırır və bunun müqabilində müəllimlərə faiz verirlər. Bu halın qarşısını almaq üçün ciddi addımlar atılsa da, tamamilə aradan çıxmayıb”.

Onun sözlərinə görə, əgər müəllim dərslərə əlavə dəyər qatmaq və əlavə məlumat vermək istəyirsə, kitabı öz vəsaiti ilə almalı və oradakı bilgiləri şagirdlərlə bölüşməlidir. Müəllimin hansısa mövzunu bəyənməməsi səbəbilə bütün sinifə başqa kurs kitabı aldırması yolverilməzdir: “Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş vahid tədris proqramı var və bu proqram məktəb dərsliklərində əksini tapır. Müəllimlər də keyfiyyətindən asılı olmayaraq bu proqram əsasında işləməlidirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru