QƏBƏLƏ SAKİNİNDƏ NARKOTİK VASİTƏ AŞKARLANIB

27-02-2019, 11:20           
QƏBƏLƏ SAKİNİNDƏ NARKOTİK VASİTƏ AŞKARLANIB
Teref.az - a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ötən gün Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Emin Zamanov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman şəxsi istehlak miqdarından yuxarı həddə, yəni 0, 186 qram heroin aşkar olunub. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış keçirilən zaman oradan 405 qram narkotik vasitə olan-qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru