OĞURLUQ EDƏN ÜÇ YENİYETMƏ SAXLANILDI

27-02-2019, 11:22           
OĞURLUQ EDƏN ÜÇ YENİYETMƏ SAXLANILDI
Teref.az - a DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xınalıq kənd ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən üç yeniyetmə saxlanılıb.
Dindirilmə zamanı həmin yeniyetmələr törətdikləri oğurluq əməllərini etiraf ediblər. Araşdırmalarla məlum olub ki, onlar zərərçəkənlərin evdə olmadığı vaxtlarda qanunsuz olaraq evlərə daxil olaraq, ümumilikdə iki evdən 2 ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd qol saatı, 1 ədəd durbin, 1 ədəd “İj” markalı ov tüfəngi, 1 ədəd patrondaş və 12 ədəd patron, 1 ədəd süngü-bıçaq, həmçinin məişət avadanlıqları və geyim əşyaları oğurlayıblar.
Oğurlanmış əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru