ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİ DAİM YAŞAYACAQ!

27-02-2019, 11:26           
ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİ DAİM YAŞAYACAQ!
Teref.az - DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsində tariximizin qanlı səhifələrindən olan Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.
Tədbirin əvvəlində polis şöbəsinin əməkdaşları rayonda yerləşən şəhidlər xiyabanını ziyarət edərək, abidə önünə qərənfillər düzüblər. Daha sonra polis şöbəsinin inzibati binasında davam edən anım tədbiri keçirilib. Tədbirin əvvəlində soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov öz çıxışında Xocalı faciəsi zamanı erməni qəsbkarları tərəfindən törədilən vəhşiliklər barədə danışıb. O, bildirib ki, fevralın 25-dən 26-na keçən gecə mənfur düşmənlərimiz əliyalın insanlara qarşı zülmlər edərək, Xocalı sakinlərini misli görünməmiş vəhşiliklərlə qətlə yetiriblər.
Sonra çıxış edən rəis müavini, polis polkovnik-leytenantı Yadigar Cəfərov və digər polis əməkdaşları Xocalıda baş verən qırğınların bəşəriyyət əleyhinə cinayət, soyqırımı olduğunu bildiriblər.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru