Bayıl sürüşmə zonasında son vəziyyət barədə məlumat

4-03-2019, 14:24           
Bayıl sürüşmə zonasında son vəziyyət barədə məlumat
Son günlərdə Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı bir sıra elektron və yazılı KİV-lərdə müxtəlif yazılar verilir, sakinlərin, yerli qurumların, xüsusən də burada öz maraqları olan bəzi insanların mülahizələri, məsələnin həlli yolları barədə təklifləri verilir.
Məsələ ilə bağlı Səbail RİH başçısınin 2 saylı Ərazi nümayəndəliyinin rəhbəri Mübariz Güləhmədov bildirmişdir ki, Bayıl yamacında ötən il fevral ayında baş vermiş məlum sürüşmə hadisəsindən sonra Dövlət qurumları tərəfindən burada müvafiq tədbirlər həyata keşirilmişdir. Ilk növbədə yarasız hala düşmüş 6 evin sahiblərinə müvafiq kompensasiya, təhlükə zonasındakı 98 evin sahiblərinə 11 aylıq kirayə haqları ödənilmişdir.
Sürüşmə zonasında yerli və xarıcı mütəxəsislərin iştirakı ilə araşdırmalar aparılmış və hazırda bu işlər davam etdirilir.
Bildirmək istəyirəm ki, bu ərazidə ötən əsrin 70-90-cı illərində tikilən fərdi yaşayış evlərinin demək olar ki, böyük əksəriyyəti sənədsiz, qeyri-qanuni tikililərdir. Sakinlərin tikililərə dair heç bir mülkiyyət sənədi və ünvana qeydiyyatları yoxdur. Sonradan 90-cı illərdə də isə burada 27 məcburi köçkün ailəsi məskunlaşıb.
Bu gün bu ərazidəki vəziyyət Dövlət qurumlarının nəzarətindədir, məsələyə Nazirlər Kabinetində baxılır. NK-nin çıxaracaqı qərara uyğun olaraq icra strukturları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcəkdir.
Sürüşmə zonasında yaşayanlar üçün kömpensasiyaların ödənilməsi və ya digər tədbirlərin görüləcəyi ilə bağlı məsələlər barədə mülahizə yürütmək düzgün deyil. Çox vaxt bəzi maraqlı tərəflər bilərəkdən burada narazılıq yaratmağa çalışır, öz problemlərini qabardır, kompensasiyaların məbləğınin daha da şox verilməsi və digər əlavə haqsız tələblər irəli sürürlər.
Bununla bağlı deyə bilərəm ki, məsələnin hansı şəkildə həll olunacağı Nazirlər Kabinetinin qərarından sonra müəyyən ediləcəkdir.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.