NATO-nun keçmiş baş katibi koronavirusa yoluxdu

14-03-2020, 04:50           
NATO-nun keçmiş baş katibi koronavirusa yoluxdu
NATO-nun keçmiş baş katibi Havyer Solana koronavirus testi müsbət nəticə verdikdən sonra Madriddə xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə mənbəyə istinadən “Reuters” agentliyi bildirib.

Agentliyin məlumatına görə, Solananın həyatı üçün təhlükə yoxdur və o ehtiyat tədbiri kimi tibbi müşahidə altındadır.

NATO-nun keçmiş baş katibi martın 9-da İspaniyanın xarici işlər naziri Aranç Qonsales Layanın iştirak etdiyi tədbirdə olub.

Havyer Solana 1995-ci ildən 1999-cu ilə qədər NATO-nun baş katibi vəzifəsini tutub. O, sonra Avropa İttifaqı Şurasının (1999-2009-cu il) baş katibi olub. Həmçinin Solana baş nazir Felipe Qonsales Markesin hökumət başçısı olduğu vaxt İspaniya xarici siyasət idarəsinin rəhbəri vəzifəsini də icra edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru