İtaliyada gün ərzində koronavirusdan 250 nəfər öldü 14-03-2020, 04:51 İtaliyada son gün ərzində koronavirusdan ölənlərin sayı 250 nəfər təşkil edib.“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin başçısı Ancelo Borrelli bildirib.O, qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 1 266 nəfərə çatıb.Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 14 955 nəfərdir.Daha əvvəl koronavirusdan 1 016 nəfərin öldüyü, 12 839 nəfərin yoluxduğu bildirilirdi. Facebook-da paylaş