Trampın koronavirus test nümunələrinin cavabı mənfi olub - YENİLƏNİB 15-03-2020, 09:00 ABŞ Prezidenti Donald Trampın koronavirusla bağlı verdiyi testin nəticələri mənfi olub. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.Prezidentin həkimi Şonan Konliyə istinadən verilən açıqlamada qeyd edilib ki, Vaşinqton Administrasiyasının başçısı sağlamdır. ***22:04ABŞ Prezidenti Donald Tramp koronavirus testindən keçdiyini bildirib. Qeyd edib ki, hələ testin nəticəsi məlum deyil.APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı deyib.Prezident hərarətinin olub-olmaması ilə bağlı verilən suala belə cavab verib: "Səhhətim tamamilə normaldır".Xatırladaq ki, bir neçə gün əvvəl Trampla görüşən Braziliya nümayəndə heyətinin üzvlərindən biri koronavirus xəstəliyinə tutulub. Facebook-da paylaş