Qüdsdəki ibadət zallarını koronavirus səbəbindən bağlanıb.
Axar.az xəbər verir ki, bu barədə məscidin direktoru Umara əl-Kasvani açıqlamasında deyib.
Əl-Kasvaninin sözlərinə görə, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə islam vəqfləri idarəsi Əl-Əqsadakı ibadət zallarının bağlanmasına qərar verib.
O, ibadətlərin məscidin daxili həyətində keçiriləcəyini deyib.