İtaliyada bir gündə 368 nəfər koronavirusdan öldü

16-03-2020, 00:01           
İtaliyada bir gündə 368 nəfər koronavirusdan öldü
İtaliyada son sutka ərzində yeni növ koronavirus infeksiyası səbəbindən 368 nəfər həyatını itirib, ümumilikdə isə ölkədə virusdan ölənlərin sayı 1809 nəfərə çatıb.

Teref.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellinin yaydığı açıqlamada deyilir.

Ölkədə təsdiqini tapmış yoluxma hallarının ümumi sayı 20603 nəfər təşkil edir. Bundan əvvəl 1441 ölüm faktının qeydə alındığı, virusa yoluxanların sayının isə 17750-yə çatdığı deyilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru