Netanyahu koronavirusla bağlı müayinə olunub 16-03-2020, 00:01 İsrail Baş nazirinin səlahiyyətlərini icra edən Benyamin Netanyahu koronavirusla bağlı müayinə olunub. Teref.az-ın “TASS”-a istinadən verdiyi məlumata görə, müayinənin nəticəsi hələ açıqlanmayıb.Benyamin Netanyahunun yaxınları da koronavirusla bağlı yoxlanılıblar. Qeyd edək ki, İsrail Səhiyyə Nazirliyi ölkədə yeni koronavirus virusuna yoluxanların sayının 200 nəfərə çatdığını bildirib. //APA Facebook-da paylaş