Cənubi Koreyada koronavirusa yoluxanların sayı 8,2 min nəfəri ötdü

16-03-2020, 08:04           
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 8,2 min nəfəri ötdü
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 74 nəfər artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi bildirib.

Qeyd edilir ki, bununla da Koreya Respublikasında koronavirusa yoluxanların sayı 8 236 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı (75 nəfər) dəyişməyib.

Cənubi Koreya həkimlərinin məlumatına görə, xəstəxanalardan 303 pasiyent sağalaraq evə buraxılıb. Koronavirus epidemiyasının başlanğıcından respublikada ümumilikdə 1 137 nəfər sağalıb.

Həkimlər qeyd edirlər ki, ölkədə aşkar edilmiş xəstələrin sayı ardıcıl ikinci həftədir ki, azalır. Virusa 74 yoluxma halının 35-i Tequ şəhərində təsdiqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru