Rusiya Belarus ilə sərhədi bağladı

16-03-2020, 11:08           
Rusiya Belarus ilə sərhədi bağladı
Rusiyanın baş naziri Mixail Mişustin Rusiyanın Belarusla sərhədi insanların gediş-gəlişi üçün bağladığını söyləyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

O qeyd edib ki, koronavirusa qarşı görülən bütün tədbirlər xəstəliyin Rusiyada yayılmasını məhdudlaşdıra bilər.

Son məlumatlara görə, Rusiyada virusa yoluxanların ümumi sayı 64 nəfərə yüksəlib. Belarusda 27 vətəndaşda koronavirus aşkar edilib, onlardan üçü xəstəxanadan evə buraxılıb. Ümumilikdə dünyada 168 mindən çox insan bu xəstəliyə yoluxub, 6500 nəfər vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru