ABŞ-ın növbəti prezidenti o olacaq

10-04-2020, 00:00           
ABŞ-ın növbəti prezidenti o olacaq
Elşən Mustafayev: “Demokratlar növbəti seçkini respublikaçılara uduzmağa hazırlaşırlar”
Senator Berni Sanders 2020-ci il ABŞ prezident seçkilərində Demokrat Partiyasından namizədlik uğrunda mübarizəyə son qoyub. Amerikanınsəsi.org-un məlumatına görə, Vermont senatorunun kampaniya qərargahının verdiyi məlumatda belə deyilir.

Sandersin prezidentlik yarışlarından çıxması keçmiş vitse-prezient Co Baydenin noyabr ayında prezident Donald Trampa qarşı mübarizədə Demokrat Partiyasının rəsmi namizədliyinə yol açır.

78 yaşlı senator 2016-cı ildə prezident seçki yarışlarındakı uğuruna yenidən nail ola biləcəyi ilə bağlı ümidləri doğrulda bilmiş və oktyabr ayında infarkt keçirməsinə baxmayaraq, seçki kampaniyasını uğurla davam etdirmişdi. Lakin Sanders onun demokrat sosialist ideologiyasının ümumi seçkilərdə seçiciləri cəlb edə bilib-bilməməsi ilə bağlı suallara görə proqressiv tərəfdarlarının sarsılmaz dəstəyini nominasiya üçün daha geniş dəstəyə çevirməyə nail ola bilmədi.

O, fevral ayında keçirilən ilkin seçkilərdə böyük dəstək qazana bilsə də, sonrakı praymerilərdə daha mötədil seçicilərin geniş kütləsinin dəstəyini ala bilmiş Co Baydendən geridə qalırdı.

Co Bayden 2020-ci ilin prezident seçkilərində namizədliyini irəli ...

Sanders Ağ Ev uğrunda yarışlara başlayarkən dörd il əvvəl onu isteblişmentin seçimi hesab edilən Hillari Klintona alternativ kimi görən tərəfdarlarının dəstəyini yenidən ala bilib-bilməyəcəyi kimi suallarla qarşlaşmışdı. 2016-cı ildə 22 ştatda qələbə qazanmasına baxmayaraq, onun yarışlarda ən yaşlı namizəd kimi əsas namizəd ola biləcəyinə qarantiya yox idi.

O, 2020-ci il prezidentlik yarışlarına Trampa qarşı ən yaxşı Demokrat namizəd olduğu iddiası ilə başlamışdı. Sanders fəhlə sinfinin nümayəndələrinin dəstəyinin Trampın Miçiqan, Viskonsin və Pensilvaniya da daxil olmaqla, 2016-cı ildə qələbə çaldığı ştatlarda onun qələbəsinə kömək edə biləcəyini bildirirdi. Lakin seçki marafonu davam etdikcə senator aşağıdan yuxarı “siyasi inqilab”a dəstək verdiyini vurğulayaraq, 2016-cı ildəki platformasına qayıtdı.

ABŞ-da koronavirus epidemiyasının prezident seçki kampaniyasının da dondurulmasına gətirib çıxarması özünün geniş kütləvi mitinqləri ilə tanınan Sandersin bu kimi tədbirlər keçirməsinin qarşısını alıb. Bir sıra ştatlarda koronavirusa görə praymerilərin keçirilməsi təxirə salınıb. Beləlikllə, Sanders geri çəkildi və Co Bayden demokratların prezidentliyə vahid namizədi oldu.

ABŞ prezidentliyi uğrunda 74 yaşlı Donald Tramp və 78 yaşlı Co Bayden döyüşəcəklər.

Səməd Seyidov da satılıbsa, günahını boynuna alıb, istefa ...

Kimin şansının yüksək olduğuna gəlincə, politoloq Elşən Mustafayev musavat.com-a bildirdi ki, ABŞ-da keçiriləcək prezident seçkilərində demokratlardan Trampa alternativ Baydenin olacağı gözlənilən idi. Respublikaçıların namizədi olaraq Tramp prezident olduğu dövrdə atdığı addımlarla seçki öncəsi verdiyi vədlərin bir çoxunu həyata keçirtməyi bacarıb. ABŞ-ın iqtisadi göstəricilərin və insanların sosial durumların yüksəlməsi də Tarmpa olan rəğbəti artırıb. Onun prezidentliyinin ik vaxtlarında demokratlar Trampı Rusiya ilə əlaqələndirərək impiçment proseduruna baş vurmuşdular və buna sonralar bir neçə dəfə cəhdlər etsələr də uğursuzluğa düçar olmuşdular.

Əvəzində Tramp komandası hələ o zamandan namizəd olacağı gözlənilən Baydenin oğlunun Ukraynada qaranlıq biznes əlaqələri ilə bağlı bir kompaniyaya başladılar və ata Baydenin də bu işlərdə əlinin olması ilə bağlı ittihamlar səsləndirdilər: “Dediyim kimi uğurlu iqtisadi addımlar atmaqla insanların rifahında yüksəliş etmiş, xarici siyasətində özündən öncəki liderlərdən fərqli siyasət yürütməklə əhalinin böyük kəsimin rəğbətini qazanan Trampın qarşısına uğurlu namizəd cıxartmaq asan olmayacaqdı. Açığı o zamandan hiss olunurdu ki, demokratlar növbəti seçkini respublikaçılara uduzmağa hazırlaşırlar. Ona görə də bu seçkilərə daha enerjili, gənc və insanlar arasında reputasiyasında problemi olmayan bir namizədlə qatılmaq istəmədilər. Hesab edirəm 78 yaşlı Baydenin namizəd olması da məhz həmin hazırlıqdan qaynaqlanır. Ona görə də düşünürəm ki, müxtəlif səbəblərdən forsmojor hadisələr baş verməyəcəksə bu seçkilərin qalibi çox güman ki, Tramp olacaq”.

Ekspert hesab edir ki, ölkədə tüğyan edən koronavirus pandemiyasının sözsüz ki seçkilərin gedişatına təsirləri olacaq. Amma bu təsirlərdən ən yaxşı halda hər iki namizəd eyni səviyyədə ziyan çəkə bilər, hətta Baydan daha çox itirə bilər: “Çünki bu gün üçün təbliğatda Tramp hələ ki, irəlidədir. Onu üstələməyə cəhd etmək üçün demokratlar daha geniş miqyaslı kampaniya qurmalıdırar ki, indiki halda bu istədikləri nəticələri verməyə bilər. Eyni zamanda pandemiya ilə mübarizə məqsədilə 2 trilyondan artıq pul ayırması, həmin pulun yüz milyardlarlarla manatını insanların sosial həyatına yönəltməsi , külli miqdarda vəsatin kiçik , orta biznesə yardım üçün yönəldilməsi, böyük biznesin xüsusi himayəyə alınması Trampın şanslarına xidmət edəcək faktorlara cevrilə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru