Rusiyada karantin günlərində əhali...spirtli içkilərə axın etdi

10-04-2020, 00:02           
Rusiyada karantin günlərində əhali...spirtli içkilərə axın etdi
Rusiyada martın son həftələrində ticarət mərkəzlərində spirtli içklərin satışında əsl partlama yaşanıb.

Musavat.com “Vedomosti” saytına istinadən xəbər verir ki, alkoqol tərkibli içkilər gündəlik qida məhsullarının ümumi satış həcminin 76%-ni təşkil edib.

Ökədə marketinq araşdırmasını həyata keçirən “Nielsen” şirkətinin məlumatına əsasən, insanlar karantində qalmaq ehtimalı ilə sözün əsl mənasında şərab dükanlarına hücum çəkiblər. Spirtli içkilərin satışının zirvə nöqtəsi bu ilin 23-29 mart aralığına təsadüf edilir. Həmin həftədə 2029-cu ilin eyni dövrü ilə müqayisədə 31% çox araq və şərab satılıb. Pivə satışında 25%, viskidə isə 47% artım müşahidə olunub. Köpüklü şərabların (şampan kimi) satışında isə sadəcə 5%-lik yüksəliş qeydə alınıb.

“Nielsen” mütəxəssislərinin hesablamaları Rusiyanın “Maqnita” və “Lenta” kimi ticarət şəbəkələri tərəfindən təsdiq olunub. Şərqi Sibirin ən böyük riteylerlərindən sayılan “Komandor” mağazalar şəbəkəsinin nümayəndəsinin sözlərinə görə, martın son həftəsində araq ötən ilin analoji həftəsi ilə müqayisədə 15%, şərab isə 20% çox satılıb.

“Qlobus” şəbəkəsinin nümayəndələri də likör məhsullarının satışında 14%-lik yüksəliş olduğunu bildiriblər. Şirkət cin, rom və tekila kimi bahalı içkilərin satışında ötən ilə nisbətən 70%-lik fərq olduğunu vurğulayıb. Firmanın ekspertlərinin fikrincə, insanlar spirtli içkilərin sonradan qiymətlərinin artacağından qorxduqları üçün kütləvi şəkildə alırlar.

“Nielsen Rossiya”nın riteylerlərlə iş üzrə baş direktoru Konstantin Loktevin sözlərinə görə, əksər alıcıların əsas hədəfi spirtli içkiləri əslində uzun müddətə saxlamaq və ehtiyata yığmaq olub. Bundan başqa, kafe və restoranların bağlanması da öz sözünü deyib. Üstəlik, alkoqolun onlayn şəkildə satılmasına Rusiyada icazə verilmir.

Rusiya parlamentinin yuxarı palatası, Federasiya Şurasının sədri Valentina Matviyenko isə plenar iclasda son gəlişməni özünəməxsus tərzdə izah edib. Onun fikrincə, RF vətəndaşları spirtli içkiləri daha çox antiseptik məhlul çatışmazlığına görə, özü də dəridə istifadə etmək üçün alırlar.

Spirlti içkilərin istehlakçılar ittifaqının sədri İqor Kosarev də alıcıların ehtiyat tədarükü etdiyini vurğulayıb.

Rusiya İctimai palatasının üzvü, “Ayıq Rusiya” layihəsinin rəhbəri Sultan Həmzəyev baş nazir Mixail Mişustinə məktub göndərərək koronavirus pandemiyası dövründə alkoqol satışının məhdudlaşdırılmasını (gündə 1 litr) təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru