Dünyanı ağır iqtisadi böhran gözləyir - PROQNOZ

7-09-2020, 07:13           
Dünyanı ağır iqtisadi böhran gözləyir - PROQNOZ
Bir sıra ekspertlər yaxın vaxtlarda dünyada yeni iqtisadi böhranın baş verəcəyini proqnozlaşdırırlar.

Teref.az-ın məlumatına görə, bu barədə "Bloomberg" məlumat yayıb.

Mütəxəssislərin fikrincə, dünya ölkələrinə pandemiyada dəstəkləyici tədbirlərin tətbiqi nəticəsində əldə olunmuş mövqeləri qorumaq çətin olacaq.

Xüsusi halda, dövlətlər bu tədbirlərdən imtina etməyə qərar verəndə iqtisadiyyatın saxlanılması üçün əlavə maliyyə dəstəyi lazım ola bilər.

Bundan başqa, qeyd edilir ki, COVID-19 xəstəliyinin ikinci dalğası riski hələ qalır, çünki kütləvi vaksinləmə vaxt tələb edəcək. Bu da öz növbəsində müəyyən problemlər yaradacaq.

ABŞ və Çinin gərgin münasibətləri də həmçinin dünya iqtisadiyyatına mənfi təsir göstərə bilər. Ekspertlər hesab edir ki, münasibətlər ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən əvvəl daha da pisləşə bilər.

Mütəxəssislərin proqnozuna görə, hazırda müşahidə olunan iqtisadi artımı ciddi tənəzzül davam etdirə bilər.Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru