Nazarbayevin təklifinə Rusiyadan cavab : "Məcburi deyil..."

7-09-2020, 09:36           
Nazarbayevin təklifinə Rusiyadan cavab
Rusiya tərəfi Qazaxıstan lideri Nursultan Nazarbayevin nüvə silahlarının ixtisarı ilə bağlı dördtərəfli (Rusiya, ABŞ, Çin, Avropa İttifaqı) görüş keçirilməsi ideyasına diqqət ayırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "İzvestiya" yazıb.

Rusiya hesab edir ki, çoxtərəfli danışıqlara nüvə-raket silahına sahib olan bütün dövlətlərin cəlb olunması vacibdir. Rusiya XİN-in mətbuat və informasiya departamentinin bildirdiyinə görə, bu cür iş heç bir məcburiyyət olmadan prosesə qoşulmuş tərəflərin maraq və narahatlıqları nəzərə alınmaqla aparılmalıdır.

Qeyd edək ki, Nursultan Nazarbayev BMT Baş Assambleyasının iclasında çıxışı zamanı Qazaxıstanda nüvə dövlətlərinin sammitini keçirməyi təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru