Saakaşvili:“Gürcüstanın baş naziri olmağa hazıram”

8-09-2020, 00:00           
Saakaşvili:“Gürcüstanın baş naziri olmağa hazıram”
“Gürcüstanda müxalifətin seçkilərdə qələbə qazanacağı halda ölkənin baş naziri olmağa hazıram”.

Bu barədə ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili videomüraciətində bildirib.

O, bu vəzifəni tam bir müddətdə deyil, maksimum iki il tutmaq istədiyini deyib: “Əminəm ki, iki il ölkəni bataqlıqdan çıxarmağa və sürətlə irəliləməyə kifayət edəcək”.

Sabiq dövlət başçısı Gürcüstana qayıdışının dəqiq tarixini açıqlamayıb və ölkədə narahatlıqlara səbəb olmaq istəmədiyini qeyd edib: “Hakimiyyətə iğtişaşlarla gəlməyə hazırlaşmıram”.

Qeyd edək ki, bu gün Gürcüstanın müxalif “Güc birlikdədir” birliyi baş nazir vəzifəsinə M.Saakaşvilinin namizədliyini irəli sürüb. (report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru