Belarus DİN itkin düşən müxalifətçinin axtarışına başladı

8-09-2020, 09:38           
Belarus DİN itkin düşən müxalifətçinin axtarışına başladı
Belarus polisi dünən səhər saatlarında itkin düşən müxalifətçi Maria Kolesnikovanın axtarışlarına başlayıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Belarusda müxalifətin koordinasiya şurasının idarə heyətinin üzvü Maria Kolesnikovanın itkin düşməsi barədə ailəsi polisə müraciət edib. Belarus DİN müraciətin qəbul edildiyini və Kolesnikovanın axtarışlarına başladıqlarını deyib.
Qeyd edək ki, dünən səhər saatlarında Maria Kolesnikovanın Minskdəki Milli İncəsənət Muzeyi yaxınlığında mikroavtobusla qaçırıldığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru