Britaniyada koronavirus səbəbindən qaydalar yenidən sərtləşir

9-09-2020, 07:37           
Britaniyada koronavirus səbəbindən qaydalar yenidən sərtləşir
Britaniya hökuməti koronavirus infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar ölkə sakinlərinin altı nəfərdən çox qrup şəklində toplaşmalarını yenidən qadağan edəcək.

Trend TASS-a istinadən xəbər verir ki, məhdudiyyətlər 14 sentyabrdan etibarən sərtləşdiriləcək.

Hazırda İngiltərədə 30 nəfərdən çox qrup halında toplanmaq qadağandır, əks təqdirdə ilk pozuntuya görə 100 funt, ikinci dəfə isə 3,2 min funt sterlinq cərimə tədbiq edilir. Bildirilir ki, dəfn mərasimləri, toylar və müəyyən idman tədbirləri üçün istisnalar ediləcək. Şimali İrlandiya, Uels və Şotlandiya hazırda İngiltərədən daha sərt qaydalar tədbiq edir və bu qaydaları dəyişdirmək yerli hakimiyyət orqanlarına aiddir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru