Tramp hesab edir ki, Rusiya, Hindistan və Çin ətraf mühiti çirkləndirirlər

9-09-2020, 07:38           
Tramp hesab edir ki, Rusiya, Hindistan və Çin ətraf mühiti çirkləndirirlər
ABŞ Prezidenti Donald Tramp prezidentliyə namizəd, keçmiş vitse-prezident Jozef Baydenin orta təbəqəni məhv etmək niyyətində olduğunu deyib.

Trend Qazeta.ru-ya istinadən xəbər verir ki, Ağ Evin başçısı J.Baydenin ətraf mühiti korlamaq niyyətində olduğunu da əlavə edib. Öz növbəsində onun administrasiyasının vəziyyəti yaxşılaşdırmaq üçün gündəlik işləri həyata keçirdiyini və paralel olaraq yeni yüksək maaşlı iş yerləri açdığını bildirib.

"Baydenin planı Amerikanın orta təbəqəsini məhv etmək, eyni zamanda dünyanın çirklənməsində lider olan ölkələrə "havayı keçid" verməkdir", - D.Tramp deyib, lakin "havayı keçid"in nə olduğunu izah etməyib.

ABŞ prezidenti bu cür ölkələr arasına Hindistan, Çin və Rusiyanın da daxil edildiyini və onun prezidentliyi dövründə "Amerikanın ən təmiz havaya sahib olduğunu" vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru