Zatulin sərsəmləmələrini davam etdirir... - GƏLİŞMƏ

22-10-2020, 09:17           
Zatulin sərsəmləmələrini davam etdirir... - GƏLİŞMƏ
Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr komitəsi sədrinin birinci müavini, qatı ermənipərəst, türkofob deputat Konstantin Zatulin Moskvanın Qarabağ ərazisindəki münaqişədə necə davranacağından əmin olmadığını söyləyib. Bununla belə, o, Rusiyanın bir desant əməliyyatı ehtimalından da danışıb.

Moderator.az xəbər verir ki, qaniçən Robert Köçəryanın dostu K.Zatulin bu fikri “NSN”-ə müsahibəsində səsləndirib. Ermənistan-Rusiya “Lazarev” klubunun təsisçisi yenə də qərəz və böhtanla “Azərbaycan və Türkiyəni bölgədə alovlanmanın təhrikçiləri” adlandırıb və "postsovet məkanında hansı ölkənin üstünlük təşkil etdiyini xatırlatmaq lazım olduğunu" vurğulayıb.

“Bunu Ermənistanın hərbi potensialının nümayişkaranə gücləndirilməsi şəklində, ermənilərin - Dağlıq Qarabağı deyil, Ermənistan ərazilərini desant əməliyyatı yolu ilə qorumaq üçün tədbirlər görülməsinin zəruriliyi üçün KTMT-yə müraciət şəklində, hava blokadasını açmaq yoluyla etmək lazımdır ”-deyə ermənipərəst Duma üzvü Moskvanın Azərbaycanın öz torpaqları uğrunda haqlı azadlıq savaşına müdaxilə etməsinin mümkün yollarını sadalayıb.

P.S. Bu boşboğaz ermənipərəstə xatırlatmaq gərəkdir ki, artıq 1990-cı illər deyil və yeri gəlsə, Azərbaycan Milli(!) Ordusu Rusiya ordusuyla da üzbəüz savaşmağa qadirdir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.