Fransada bir gündə 52 mindən çox yoluxma qeydə alındı

26-10-2020, 01:56           
Fransada bir gündə 52 mindən çox yoluxma qeydə alındı
Fransada COVID-19 koronavirusuna yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı yenidən çoxalıb.“Report” xəbər verir ki, bu barədə “Sante Publique” bildirib.

Belə ki, ölkədə koronavirus infeksiyasına 52 010 yeni yoluxma faktı qeydə alınıb. Bununlada Fransada ölkədə koronavirusa yoluxma rekord həddə çatıb.

Son 24 saat ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 116nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 1 138 507 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 34 761 nəfər vəfat edib.

Yeddi gün ərzində COVID-19 xəstəsi olan 12176 nəfər xəstəxanaya yerləşdirilib və onlardan 1816 xəstə reanimasiyaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru