Kim İr Senin ad gününə həsr olunan raket sınağı uğursuz oldu

15-04-2016, 09:49           
Kim İr Senin ad gününə həsr olunan raket sınağı uğursuz oldu
Şimali Koreyanın bu gün səhər saatlarında keçirdiyi ballistik raket sınağı uğursuz olub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, sınaqdan keçirilən raketin uçuş radiusu 3 min km-dən çox təşkil edən “Musudan” ballistik raketi olduğu bildirilir.
“Reuters”-in məlumatına görə, ABŞ strateji komandanlığı raketin uçuş trayektoriyasını izləyə bilib. Məlumata görə, raket buraxılışı Şimali Amerika qitəsinə heç bir təhlükə yaratmayıb.
Qeyd edək ki, Şimali Koreya bundan əvvəl Kim İr Senin ad günü qeyd olunduğu 15 aprel tarixində ballistik raketi sınaqdan keçirəcəyini bəyan etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.