“Finlandiya Rusiyanın mümkün hücumuna hazırdır..." -

23-06-2022, 08:23           
“Finlandiya Rusiyanın mümkün hücumuna hazırdır..." -
“Finlandiya Rusiyanın mümkün hücumuna hazırdır və bu baş verərsə, müqavimət göstərmək gücündədir”.

Bu barədə Finlandiya Müdafiə Qüvvələrinin komandanı, general Timo Kivinen “Reuters” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən bəri Finlandiya məhz indi Ukraynada baş verən “atəş gücündən, zirehli texnikadan və aviasiyadan kütləvi istifadə etməklə” aparılan müharibə aparmaq üçün hərbi sahəni sistemli şəkildə inkişaf etdirir.

“Ukrayna (Rusiya üçün) çətin hədəf oldu, Finlandiya ilə də eyni olacaq”, - deyə Finlandiya Müdafiə Qüvvələrinin komandanı bildirib.

O əlavə edib ki, Finlandiya qoşunlarının Ukrayna qoşunları kimi mühüm amili var - döyüş motivasiyası onlara üstünlük verir. (Mənbə: Evropeyskaya pravda)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru