Çin Tayvan sahillərinə 51 təyyarə və 6 döyüş gəmisi göndərdi

19-08-2022, 08:54           
Çin Tayvan sahillərinə 51 təyyarə və 6 döyüş gəmisi göndərdi
Tayvan Silahlı Qüvvələri adaya Çin Xalq Azadlıq Ordusunun 51 təyyarəsi və 6 döyüş gəmisinin yaxınlaşdığını qeydə alıb.

Bu barədə Tayvan Müdafiə Nazirliyinin gündəlik xülasəsində məlumat verilir.

"Avqustun 18-i saat 17:00-a olan məlumata görə, Tayvan Silahlı Qüvvələri ada yaxınlığında dəniz və hava məkanında 51 təyyarə və 6 gəminin fəaliyyətini qeydə alıb”, - deyə məlumatda qeyd edilib.

Qeyd olunur ki, 12 Su-30 qırıcısı, altı J-16, dörd J-10, bir Y-8 radioelektron döyüş təyyarəsi və iki H-6 bombardmançı təyyarəsi də daxil olmaqla 25 təyyarə Tayvan boğazının "orta xətti” adlanan ərazini keçib.

Tayvan vəziyyəti izləmək üçün hava patrulu göndərib, radio xəbərdarlığı edib və zenit-raket sistemlərini yerləşdirib.(Mənbə: Seqodnya.ru)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru