ABŞ Polşaya bir milyardlıq tank verəcək

19-08-2022, 07:52           
ABŞ Polşaya bir milyardlıq tank verəcək
“General Dynamics” müdafiə konserni Polşa üçün nəzərdə tutulan 250 ədəd M1A2 SEPv3 Abrams tankının hazırlanması üzrə Pentaqondan sifariş aldığını açıqlayıb.

Müqavilənin məbləği 1,1 milyard dollar təşkil edib.

Qeyd edək ki, yeni tankların Ukraynaya verilən T-72-ləri əvəz etməsi nəzərdə tutulur.

Amerika tanklarının 18-ci Mexanikləşdirilmiş Diviziya və 1-ci Varşava Tank Briqadasına təhvil veriləcəyi, tədarüklərin 2026-cı ilə qədər başa çatdırılacağı güman edilir.

Polşa həmçinin Cənubi Koreyadan min ədəd K2 tankı, 600-dən çox K9 haubitsa, həmçinin FA-50 qırıcılarından ibarət üç eskadrilya sifariş edib. (Mənbə: gazeta.ru)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru