Bolqarıstanda COVID kabusu geri qayıtdı: Məhdudiyyətlər tətbiq edildi

7-10-2022, 12:34           
Bolqarıstanda COVID kabusu geri qayıtdı: Məhdudiyyətlər tətbiq edildi
Bolqarıstanın Səhiyyə Nazirliyi cümə axşamı ölkədə COVID-19-a yoluxma hallarının sayının artması ilə əlaqədar məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb. Müvafiq sərəncam agentliyin saytında dərc olunub.

Məhdudiyyətlər oktyabrın 12-dək qüvvədə olacaq və tibb müəssisələrində mütləq qoruyucu maskaların taxılması, fiziki məsafənin saxlanması, binaların dezinfeksiya edilməsi və havalandırılması ilə bağlı olacaq.

Həmçinin virus xəstəliyinin əlamətləri olan insanların iş yerlərindən, məktəb və uşaq bağçalarına daxil olmasının qarşısını almaq tövsiyə olunur.

Ölkənin Səhiyyə Nazirliyinin vahid informasiya portalının məlumatına görə, 6,5 milyonluq Bolqarıstanda son sutka ərzində 721 nəfər COVID-19-a yoluxub. Dörd xəstə infeksiyanın yaratdığı fəsadlardan dünyasını dəyişib. Ölkə xəstəxanalarına 625 nəfər yerləşdirilib, onlardan 47-si reanimasiya şöbələrindədir. Hazırda Bolqarıstanda 9,8 mindən çox insan koronavirusa yoluxub.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru