KİV: “Aİ Macarıstanın öz vəsaitlərinə çıxışı ilə bağlı qərarını iki ay təxirə sala bilər”

7-10-2022, 12:27           
KİV: “Aİ Macarıstanın öz vəsaitlərinə çıxışı ilə bağlı qərarını iki ay təxirə sala bilər”
Avropa İttifaqına (Aİ) üzv dövlətlər rəsmi Budapeştin qurumun fondlarına giriş icazəsi verib-verməməsi barədə qərar qəbul etməzdən əvvəl Macarıstana anti-korrupsiya tələblərinə əməl etmək üçün əlavə iki ay vaxt verməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Aİ-yə üzv ölkələrin ədliyyə nazirləri oktyabrın 13-də keçiriləcək iclasında müddətin uzadılması ilə bağlı razılığa gələ bilərlər. Aİ üzvlərinin böyük əksəriyyəti Macarıstana korrupsiya və saxtakarlıqla bağlı problemlərini həll etmək üçün daha çox vaxt verilməsinin tərəfdarıdır.

Bundan başqa, Aİ-nin maliyyə nazirləri oktyabrın 19-dək Macarıstanın təşkilatın fondlarından vəsaitlərə çıxışı ilə bağlı qərar verməlidirlər, lakin onların bu müddəti iki ay uzatmaq imkanı var. Agentliyin mənbələrinə görə, müddətin uzadılma ehtimalı daha yüksəkdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru