Bu ölkədə İran səfirliyinə hücum edildi

8-10-2022, 08:38           
Bu ölkədə İran səfirliyinə hücum edildi
Danimarkada İran səfirliyinə hücum edilib.
Modern.az xəbər verir ki, 32 yaşlı İran vətəndaşı əlində bıçaqla səfirliyin ərazisinə daxil olmağa çalışıb.
Polis bildirib ki, İran vətəndaşı olan şəxs səfirliyin binasına girməzdən əvvəl saxlanılıb.
O, şənbə günü Kopenhagen şəhər məhkəməsinə çıxarılacaq və barəsində andalizm, zorakılıq və diplomatik statusu olan insanlara qarşı cinayətlərlə bağlı ittiham irəli sürüləcək.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian hadisəyə münasibət bildirib: “Avropanın mərkəzində diplomatik toxunulmazlığı olan bir qadın və səfirə qarşı belə bir hücumun baş verməsi və polisin vaxtında gəlməməsi təəssüf doğurur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru