Norveç parlamenti enerji istehlakını azaltmaq üçün saunanı bağlayır

8-10-2022, 12:13           
Norveç parlamenti enerji istehlakını azaltmaq üçün saunanı bağlayır
Norveç parlamenti (Stortinq) elektrik enerjisinə qənaət edilməsinə dair bir sıra yeni tədbirləri açıqlayıb.

Yeni tədbirlərə əsasən, parlamentdə sauna bağlanır, otaqlarda temperatur aşağı salınır, parlamentin ofislərində əlavə qızdırıcılar yığışdırılır.

“Avropa ciddi enerji böhranının ortasındadır və Stortinq enerjiyə qənaət səylərinə töhfə vermək istəyir. Buna görə də biz elektrik enerjisi istehlakını dərhal azaltmağa kömək edəcək bir sıra təcili tədbirlər görürük”, - deyə Stortinqin spikeri Masud Qaraxxani bildirib.

Parlament binalarında havanın temperaturu 20-22 dərəcədən 19-20 dərəcəyə endiriləcək.

Bundan başqa, yeni tədbirlərə istifadə olunmayan otaqlarda işıqların söndürülməsi, ventilyasiya və isitmə təcrübəsinin genişləndirilməsi, eləcə də xarici işıqlandırmanın azaldılması daxildir.

Mənbə: Yevropeyskaya pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru