Belorusa İran kamikadze-dronları gətiriblər - Ukraynanın qərb rayonları təhlükədə
9-10-2022, 08:56
Rusiya Ukraynanın qərb rayonlarına hücum üçün İrandan kamikadze-dronlarını gətirib. Bu barədə UNİAN Ukraynanın ordusundakı mənbələrinə istinadən xəbər veriblər.
Mənbələrin məlumatına görə, İran pilotsuz uçaqları «Luninets» aerodromuna çatdırılıb. Söhbət ən azı, 20 ədəd «Şahid-136» kamikadze-dronundan və onların idarəetmə pultundan gedir.
“Lunints”dən Rovno vilayətinin sərhədinə cəmi 55 kilometrdir.
İstisna deyil ki, artıq yaxın vaxtlarda İran dronları Ukraynanın qərb və ya mərkəzi bölgələrinə hücum edəcək.
Bundan əvvəl məlum olub ki, İranın “Şahid-136” kamikadze-dronları çox səs-küylüdürlər. Onların çıxardığı səs benzinlə işləyən mişarların və ya mopedlərin motorunun səsinə oxşayır.
Bu pilotsuz aparatlar çox alçaqdan uçurlar, ona görə də onların Ukrayna HHM qüvvələri tərəfindən tutulması kifayət qədər çətindir.