Şimali Koreya Yapon dənizi istiqamətində növbəti ballistik raket buraxıb

9-10-2022, 09:09           
Şimali Koreya Yapon dənizi istiqamətində növbəti ballistik raket buraxıb
Şimali Koreya (KXDR) Yapon dənizinə doğru ballistik raket buraxıb. "Report" xəbər verir ki, bu barədə "Renhap" agentliyi məlumat yayıb.

Raketin düşdüyü yer haqqında dəqiq məlumat verilmir.

Yaponiyanın Baş naziri Fumio Kişidanın ofisində Şimali Koreyanın yeni raket buraxılışı ilə bağlı məlumat toplamaq və təhlil etmək üçün böhran qərargahı yaradılıb.

Xatırladaq ki, bu, KXDR-in son iki həftədə yeddinci ballistik raket buraxılışıdır. Raket buraxılışı Yaponiya, Cənubi Koreya və ABŞ-ın Yapon dənizindəki birgə hərbi təlimləri başa çatdıqdan sonra baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru