SON DƏQİQƏ! ABŞ-a böyük şok – Əgər müharibə başlasa…

10-10-2022, 00:00           
SON DƏQİQƏ! ABŞ-a böyük şok –
24 fevraldan – Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başladığı gündən bəri ABŞ Kiyevə ümumilikdə 16 milyard dollarlıq silah yardımı edib.

Musavat.com xəbər verir ki, Ukraynaya göndərilən silah və hərbi texnika ABŞ-ın ehtiyatını kəskin şəkildə azaldıb.

Amerika mətbuatının yaydığı məlumata görə, Vaşinqton administrasiyası istehsalı dayandırılmış və ya aşağı tutumlu raket və sistemlərin istehsalını artırmaq üçün sənayeyə təzyiq göstərir.

ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Mark Cancian bildirir ki, ABŞ-ın tükənmiş sursat ehtiyatları mümkün müharibə və ya təlim üçün minimum səviyyəyə düşüb.

ABC televiziyasına danışan ABŞ ordusunun rəsmisi isə Vaşinqtonun total müharibə vəziyyətində sursat ehtiyacı ilə bağlı təlimlər aldığını və bu ehtiyacın gözləniləndən çox olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru