Almaniyada “dərman böhranı”: Nə baş verir?

30-11-2022, 09:43           
Almaniyada “dərman böhranı”: Nə baş verir?
Almaniyada 299 növ dərman ilə bağlı tədarük çatışmazlığı böhran həddinə çatıb.

Publika.az xəbər verir ki, Almaniya Federal Dərmanlar və Tibbi Cihazlar İnstitutu (BfArM) öz saytında tədarükü hər gün daha da çətinləşən 299 dərmanın siyahısını dərc edib.

“BfArM”-dakı yazıda dərmanların tədarükü ilə bağlı çatışmazlığın artmasına Çin və Hindistan kimi ölkələrdən satın alınan məhsulun vaxtında ölkəyə çatdırılmaması səbəb göstərilib.

Qeyd edək ki, Almaniyada çatışmayan dərmanlar arasında antibiotiklər, diabet, xərçəng, immunitetlə əlaqəli dərmanlar və ağrı kəsicilər ilk sırada iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru