Kadırovdan əmr: "Onlar güllələnsin"

2-10-2016, 22:24           
Kadırovdan əmr: "Onlar güllələnsin"
Çeçenistanda sabitliyi pozanlar güllələnməlidir.

Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov “Novoya Qazeta”ya açıqlamasında deyib.

“Çeçenistan Respublikasında sabitliyi pozanlara atəş açılsın. Bunun qanuni olub-olmaması fərq etmir. Vurulsun. Anladınız? Onda problem də olmaz. Bax bu qanundur”, - Kadırov bildirib.

Xatırladaq ki, Kadırov çıxışlarında bir neçə dəfə Rusiya hakimiyyəti əleyhinə olanları vətən xaini adlandırmışdı.

Bu səbəbdən onun "sabitliyi pozanlar" dedikdə məhz rusiyalı müxalifləri nəzərdə tutduğu güman edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.