ABŞ-da universitetdə atışma olub, ölənlər var 3-10-2016, 00:47 ABŞ-ın Qrinsboro şəhərində (Şimali Karolina) yerləşən Aqrar-Texniki Universitetdə silahlı insident baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, təhsil müəssisəsində baş verən atışma zamanı 2 nəfər, 1 oğlan və 1 qız ağır yaralanıb. Xəstəxanaya çatdırılan tələbələrin həyatlarını xilas etmək mümkün olmayıb. Hadisənin təfərrüatları və səbəbləri barədə hələ ki, məlumat verilmir. Facebook-da paylaş