Rusiyanın Almaniyada dondurulmuş aktivlərinin həcmi açıqlanıb
14-12-2024, 17:29
Almaniya hakimiyyəti Aİ-nin sanksiyaları çərçivəsində Rusiyanın təxminən 3,5 milyard avro dəyərində aktivlərini dondurub.
Bu barədə “TASS”a Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi məlumat verib.
2023-cü il dekabrın sonunda Almaniya Maliyyə Nazirliyinin nümayəndəsi bildirmişdi ki, ölkə hakimiyyəti həmin ayın əvvəlinə Aİ sanksiyaları rejimi altında Rusiyanın təxminən 4,1 milyard avro dəyərində aktivlərini dondurub.