Yaponiya BMT-nin nüvə əleyhinə konvensiyası üzrə danışıqlarda iştirakdan imtina edib

28-03-2017, 09:01           
Yaponiya BMT-nin nüvə əleyhinə konvensiyası üzrə danışıqlarda iştirakdan imtina edib
Yaponiya BMT-nin baş qərargahında başlayan nüvə silahlarının tamamilə aradan qaldırılması və qadağan edilməsi haqqında konvensiya üzrə danışıqlarda iştirak etməyəcək.
"Report" xəbər verir ki, bunu bazar ertəsi Nyu-Yorkda Yaponiyanın silahsızlaşdırma üzrə xüsusi səfiri Nobusiqe Takamidzava deyib.
"Hazırkı vəziyyəti nəzərə alaraq, Yaponiya üçün müzakirələrdə konstruktiv iştirak etmək çətin olardı. Bununla yanaşı (nüvə silahsızlaşdırılması üzrə – qeyd) səmərəli tədbirlərin görülməsi çox vacibdir və bu prosesə həm belə silaha malik olan, həm də malik olmayan ölkələr cəlb olunub", - deyə "Kyodo" agentliyi onun sözlərini sitat gətirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru